Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

SİA xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Xorvatiyanın Osiyek şəhərində Slovakiya seçməsi ilə qarşılaşıb.

Qradski tədris və idman zalında reallaşan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün eyni məkanda Xorvatiya yığmasına 3:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə