Əfqanıstanın mərkəzi Bamyan əyalətində cümə günü atışma nəticəsində ölənlərin sayı üçü ispan və üçü əfqan olmaqla, altıya çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yerli polis rəsmisi bildirib.
Əyalət polisinin sözçüsü Məhəmməd Xavani Rasa deyib ki, yaralananlar arasında İspaniya, Norveç, Avstraliya və Litvadan olmaqla 4 əcnəbinin, eləcə də bir əfqanın müalicələri davam edir.
Daxili İşlər Nazirliyinin əməkdaşı Müfti Əbdül Mətin Qani cümə günü sosial mediada hücumla bağlı dörd şübhəlinin həbs edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB