Qərb silahlanma yarışı üçün Rusiya təhlükəsi mifindən istifadə edir

Rusiya Federasiyası ilə Qərb arasında qarşıdurmanın kəskin mərhələsi tam sürətlə davam edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının XXXII Assambleyasında deyib.

Onun sözlərinə görə, avropalı qonşular arasında anti-Rusiya ritorikasında “xüsusi canfəşanlıq” müşahidə olunur. Eyni zamanda, Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Qərb silahlanma yarışını artırmaq və nüvə komponenti ilə yeni Avropa hərbi ittifaqının konturlarını formalaşdırmaq üçün xəyali Rusiya təhlükəsi mifindən istifadə edir.

...Avropa dövlətlərinin ordularının sayının və döyüş hazırlığının bərpası, NATO ölkələrinin hərbi-sənaye komplekslərinin müharibə rejiminə keçirilməsi siyasəti aparılıb.

Qeyd edək ki, TASS bunu Lavrovdan sitat gətirir.

...Bundan əlavə, rusiyalı nazir, Rusiya Federasiyasının Ukrayna, Qərb və Avropa istiqamətlərində öz maraqlarını müdafiə edəcəyini bildirmişdi.

...Ümumilikdə, bizim ünsiyyətdə olduğumuz dünyada demək olar ki, bütün xarici həmkarlar bunu başa düşür.

Lavrovun sözləridir.

Daha əvvəl Rusiyanın NATO-ya hücum etməsinin mənası olmadığını deyən Lavrov Rusiya Federasiyasının Ukrayna münaqişəsini döyüş meydanında həll etməyə hazır olduğunu açıqlamışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə