"Təbliğat-təşviqat kampaniyası dövründə bir-birinə söz deməyə hamının imkanı olacaqdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Seçkilərdə iştirak etmək hər bir vətəndaşın, o cümlədən hər bir siyasi partiyasının nümayəndəsinin hüququdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, o cümlədən hər bir şəxs seçki məcəlləsinin tələblərinə riayət etməklə arzuladığı seçki dairəsindən namizədliyini irəli sürə bilər: "Amma seçki elan olunmamış eyni dairədən namizədliyini irəli sürməyi planlaşdıran şəxslərin indidən bir-birinə qarşı qısqanclıqla yanaşması və bir-birinə qarşı xoşagəlməz ifadələrin işlədilməsini düzgün hesab etmirəm.

Bu baxımdan hamı seçkilərin elan olunmasını gözləməli və qanuna uyğun şəkildə namizədliyini irəli sürərək siyasi mübarizəyə qoşulmalıdır. Təbliğat-təşviqat kampaniyası dövründə siyasi debatlara qoşularaq bir-birinə qarşı söz deməyə hamının kifayət qədər imkanı olacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə