Rusiyalı qadın mülkünün yaxınlığında insan skeleti tapıb

Leninqrad vilayətindəki kəndlərdən birində insan qalıqları aşkar edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə vilayətin Qatçina rayonunda yerləşən Tixvinka kəndində qeydə alınıb.

Rusiyanın REN TV kanalı xəbər verir ki, tapıntı barədə polisə yerli sakin məlumat verib.

Ötən cümə günü günortadan sonra, mayın 17-də bir qadın mülkünün yaxınlığında bir insan skeleti görüb.

Hadisə yerinə gələn polis dəhşətli tapıntını təsdiqləyib.

Ölən şəxsin cinsini, yaşını, eləcə də ölüm şəraitini müəyyən etmək üçün qalıqlar morqa təhvil verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə