İsrail ordusu Rafahda 50-yə yaxın terrorçunu MƏHV ETDİ

Rəfah şəhərinin şərq hissəsində davam edən hərbi əməliyyat zamanı 50-yə yaxın terrorçu məhv edilib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Bildirilib ki, 401-ci diviziya Rəfahın şərqində əməliyyatları gücləndirir. Hərbçilər Fələstinin HƏMAS təşkilatının yaraqlılarının məskunlaşdığı terrorçu infrastruktur obyektlərinə və binalara məqsədyönlü reydlər təşkil edir.

Qeyd edilib ki, məhv edilən terrorçuların partlatmağı planlaşdırdıqları onlarla tunel aşkar edilib.

Əməliyyat başlayandan bəri İDF yüzlərlə terror obyektini, o cümlədən silah istehsalı və raket buraxılış obyektlərini məhv edib.

Mayın 17-də İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz bildirib ki, ölkə özünümüdafiə hüququnun sorğulanmasına imkan verməyəcək və həm məhkəmədə, həm də döyüş meydanında mübarizəni davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə