"Danone" Rusiya biznesinin satışını elan edib

Fransız şirkəti “Danone”, Rusiya biznesini “Vamin R”-ə satmaq üçün əməliyyatın tamamlandığını elan edib. Əməliyyatın təfərrüatları təqdim edilmir.

SİA RBC-ə istinadən qeyd edir ki, “Vamin R”-nin 99 faizi süd istehsalçısı “Vamin Tatatarıstan”a, 1 faizi isə Çeçenistanın kənd təsərrüfatı nazirinin keçmiş müavini Ruslan Əlisultanova məxsusdur.

Mart ayında “Danone” Rusiya tənzimləyicilərindən sövdələşmə üçün icazə aldığını bildirib.

“Financial Times” yazıb ki, “Vamin Tatarıstan” “Danone” şirkətinin Rusiya bölməsinə nəzarət etmək üçün 17,7 milyard rubl ödəməyə hazırdır.

Xatırladaq ki, “Danone” 140-dan çox ölkədə fəaliyyət göstərən ən böyük süd və digər ərzaq məhsulları istehsalçılarından biridir.

“Danone” Rusiyaya 1992-ci ildə gəlib. Şirkətin Rusiyadakı aktivləri “Danone Russia” ASC kimi qeydiyyata alınıb. O, “Prostokvashino”, “Bio Balance”, “Tema”, “Aktual”, “Danissimo”, “Activia”, “Danone”, “Petmol” və digər brendlərin sahibidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə