Moskvada “Bolşoy Teatr”dan min nəfər təxliyə edilib

Rusiyanın paytaxtı Moskvada "Bolşoy Teatr"da tamaşa zamanı yalançı həyəcan təbili çalıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “RIA Novosti!” məlumat yayıb.

“Moskvada “Bolşoy Teatr”da tamaşa zamanı yalançı həyəcan təbili çalıb. 1000-ə yaxın insan sərbəst şəkildə binanı tərk edib”, - məlumatda deyilir.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə