Tsintula günahını etiraf edib, onu...

Slovakiyada məhkəmə ölkənin baş naziri Robert Fikonu güllələyən 71 yaşlı yazıçı və siyasi fəal Yuray Tsintulanı həbs edib. Təqsirləndirilən şəxs günahını etiraf edib. SİA-nın əldə etdiyi məlumata görə, onu 25 il həbs cəzası gözləyir.

...Xatırladaq ki, Fikoya qarşı sui-qəsd mayın 15-də günortadan sonra hökumətin iclasının keçirildiyi Qandlova şəhərində baş verib.

Tsintula törətdiyi cinayət motivlərini hökumətin siyasəti ilə razılaşmaması ilə izah edib.

Slovakiya Daxili İşlər Nazirliyi yazıçının digər məsələlərlə yanaşı, Ukraynaya hərbi yardımın dayandırılması ilə razılaşmadığını bildirib.

Son məlumatlara görə, Fikonun vəziyyəti stabilləşsə də, ağır olaraq qalır. Baş nazir huşunu itirib və Banska Bystrica xəstəxanasındadır. Slovakiya hakimiyyətinin məlumatına görə, cümə günü, mayın 17-də Fiko yenidən əməliyyat olunub və vəziyyəti onu Bratislavaya aparmağa hələ imkan vermir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə