Xorvatiyada yeni hökumət qurulub

Xorvatiyada hazırkı baş nazir Andrey Plenkoviçin rəhbərlik etdiyi yeni hökumət parlamentdən 61 “xeyr” səsinə qarşı 79 “hə” etimad səsi alaraq seçilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə 151 yerlik Milli Assambleyada yeni hökumətə etimad səsverməsi keçirilib.

Aprelin 17-də keçirilən seçkilərdə hakimiyyəti itirən hakim partiya Xorvatiya Demokratik Birliyi (HDZ) sağ populist Vətən Hərəkatı (DP) və parlamentdəki milli azlıqların nümayəndələrinin dəstəyi ilə koalisiya hökuməti qurub. Yeni hökumət etimad səsverməsini aldıqdan sonra baş nazir Plenkoviç və nazirlər and içərək vəzifələrinə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə