Yalan üzərində qurulan ABŞ siyasəti...

ABŞ güc illüziyasını saxlamaq üçün əbədi müharibələr aparmalı və... yalanlar danışmalıdır...

...ABŞ-ın qlobal hegemon olduğunu bütün dünyaya sübut etmək istəyi bu ölkəni sonsuz müharibələrə sövq edir.

...Və buna bir növ haqq qazandırmaq üçün isə yalana əl atmaq lazımdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu amerikalı iqtisadçı, professor Cefri Saks yerli nəşrlərə verdiyi müsahibəsində bildirib.

Onun dediyinə görə, artıq insanlar hər şeyi mükəmməl başa düşürlər və “əbədi müharibələr” anlayışını qəbul etmirlər, lakin hökumət xalqın səsini çıxarmaq cəhdlərini boğmaqda davam edir.

Beləliklə, amerikalı iqtisadçı əsas problem kimi ABŞ-ın xarici siyasətinin Amerika xalqının maraqlarına zidd olmasını və buna uyğun olaraq davamlı yalanlara bağlanmasını iddia edir.

Professora görə, nə Ukrayna, nə də Qəzza məsələsində bu, elə də bir yenilik deyil.

Təbii ki, bundan əvvəl İraq müharibəsi və Suriya ilə bağlı oxşar şeylər müşahidə olunub.

Maraqlıdır, Obamanın o vaxt Mərkəzi Kəşfiyyat İdarəsinə Suriya hökumətini devirmək əmri verdiyini neçə amerikalı başa düşür? Bu, demək olar ki, heç kim tərəfindən müzakirə olunmur.

...Amerikanın xarici siyasətinin əsasını ABŞ-ın qlobal hegemon olması inamı təşkil edir, deyən Saks, bu düşüncənin reallıqdan tamamilə ayrı olduğunu iddia edir.

Onun iddiasına görə, bu gün müasir amerikalıdan ölkənin sonsuz müharibələri barədə soruşsanız, o sizi dəli sayar.

Belə ki, əksər amerikalılar ABŞ üçün böyük təhdidlər yaratmağın, vergiləri artırmağın, orduya trilyonlarla pul xərcləməyin əleyhinədirlər.

Amma belə görünür ki, hər şey yalan üzərində qurulub.

...O vaxt İraqla, Suriya ilə belə ollub. Yəni ABŞ rəsmiləri bütün günahları başqalarının adına yazıblar.

Qeyd edək ki, bu gün Ukraynada yaşananları da ABŞ hökuməti Putinlə, onun təxribatçı hərəkətləri ilə əlaqələndirirlər.

Onu da deyək ki, professor Cefri Saks bunu da pafoslu cəfəngiyyat adlandırır.

Yeri gəlmişkən, SİA bir müddət bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdçü admiralı Ceyms Stavridisə istinadən ABŞ rəhbərliyinin qorxudan təhlükə barədə yazmışdı.

Deməli Stavridisə görə, bu gün ABŞ üçün ən böyük təhlükə nə Rusiya, nə Çin və hətta İran da deyil,.. Amerika cəmiyyətindəki parçalanma qorxusudur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə