“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

“Liverpul”da oynayan Alexis Mak Allister “Real Madrid”ə keçə bilər. SİA xaric mediaya istinadla xəbər verir ki, Madrid klubu argentinalı yarımmüdafiəçi ilə maraqlanır. Liverpul mənbələri kluba futbolçu ilə bağlı bir neçə sorğunun daxil olduğunu təsdiqləsə də, hələlik heç bir rəsmi təklif gəlməyib.

“Real Madrid” Mak Allisterlə gələn il müqavilə imzalamaq variantını nəzərdən keçirir. Belə olarsa, o zaman Luka Modriç və Toni Kroos böyük ehtimalla İspaniya komandasını tərk edəcəklər.

Mak Allisterin müqaviləsində sərbəst qalma məbləği 70 milyon avro müəyyənləşdirilib.

Premyer Liqanın cari mövsümündə 25 yaşlı yarımmüdafiəçi 32 oyun keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə