Tailandda daşqınların fəsadları krallığın 3,26 milyondan çox sakininə təsir edib. Xarici KİV-lərin yazdığına görə, bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması Departamenti məlumat yayıb.
Ölkənin 27 əyalətinin 154 rayonunda subasma qeydə alınıb, təbii fəlakət 1,17 milyondan çox ev təsərrüfatına zərər vurub. Əsas zərbə ölkənin şimalındakı yüksəkliklərdən böyük həcmdə suların axdığı mərkəzi və şərq əyalətlərinə dəyib. Banqkokda daha əvvəl təxminən 329 min ev təsərrüfatı subasma zonasında qalmışdı, paytaxtda insanların ölümü ilə nəticələnən dörd hal qeydə alınıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB