Belarus sərhədçiləri Polşa ilə sərhəddə döyülmüş miqrantlar tapıblar
Bu arada Polşa təhlükəsizlik qüvvələri Somalidən olan 5 miqrantı döyərək Belarus ərazisinə atıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Belarus Sərhəd Komitəsi yayıb.
Departamentin Telegram kanalında deyilir ki, təkcə ilin əvvəlindən dörd əcnəbinin ölümünə səbəb olan Polşanın miqrasiya siyasəti qorunmağa və sığınacaqa ehtiyacı olan insanları şikəst etməkdə davam edir.
...Qeyd olunur ki, bir gün əvvəl Belarus sərhədçiləri 5 qaçqın aşkar ediblər. Onlar miqrantlara ilkin tibbi yardım göstərib, həkim və polis çağırıblar.
Həkimlər Somalidən olan qaçqında ayaq xəsarətləri və sıyrıqlar qeydə alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Qaçqınların dediyinə görə, onları Polşada saxlayıb döyüblər, bundan sonra onları hasardakı darvazadan itələyib Belarus tərəfinə atıblar.
Belarus Respublikanın Sərhəd Komitəsinin məlumatına görə, 2021-ci ildən bəri Avropa İttifaqı ilə sərhəddə 54 əcnəbi ölüb. Onların 25-i Polşa, 9-u Litva və 20-si Latviya ilə sərhəddə öldürülüblər.
...Mayın əvvəlində Polşa Sərhəd Mühafizəsi öz hərbçilərinə hücumu elan edib. İddiaya görə, Polşa sərhədçiləri Belarusla sərhəddə naməlum şəxslər tərəfindən daşqalaq edilib.
Qeyd edək ki, Polşa-Belarus sərhədində vəziyyət 2021-ci ildə, minlərlə miqrantın Avropa İttifaqı ərazisinə daxil olmağa cəhd edəndən bəri daha da pisləşib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB