Çiyələyin məhsuldarlığı aşağı düşüb...intensiv yağıntılara görə

Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti Cəlilabad rayonunda açıq sahələrdə yetişən çiyələyə mənfi təsir edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yağış yetişmiş məhsulu zədələdiyi üçün çürümə başlayıb. Nəticədə məhsuldarlıq 20 faizə yaxın aşağı düşüb.

Həmçinin onlar qeyd edib ki, hava şəraiti belə davam edərsə, məhsul tamamilə məhv olacaq.

Məhsuldarlığın aşağı düşməsi artıq qiymətdə də özünü göstərir. Belə ki, 20 gün əvvəl 1 manat 50 qəpiyə qədər ucuzlaşan çiyələk artıq 2 manata qədər bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə