Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi ona tapşırıldı

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə yeni təyinat olub. SİA xəbər verir ki, bu vəzifənin icrası general-mayor Namiq İslamzadəyə həvalə edilib.

Qeyd edək ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Xatırladaq ki, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə