Moskvada məktəbli qızlara təcavüz edən pedofil tutulub

Moskvada məktəbli qızlara təcavüz edən pedofil tutulub

Yeniyetmə moskvalı qız yüksək səsli qışqırıqları ilə pedofili qorxuda bilib.

SİA Shot Telegram kanalına istinadən xəbər verir ki, son günlər daha çox fəallaşan pedofil artıq polis tərəfindən saxlanılıb.

Nəşr qeyd edir ki, hücum edən şəxs Kommunarkadakı yaşayış kompleksinin ərazisində uşaqları “ovlayırmış”.

9 yaşlı məktəbli qızın anası Lipovı parkı yaxınlığıda yerləşən evdə qonşusu ilə söhbətində naməlum şəxsin qızına sataşdığını bildirib.

Onun sözlərinə görə, hadisə qız iti gəzdirib evə qayıdarkən liftdə baş verib.

Məlumatda bildirilir ki, məktəbli qız qışqırmağa başlayandan sonra cinayətkar qaçıb.

Daha sonra başqa bir yerli sakin onun 8 yaşlı qızına təcavüz edən naməlum şəxsdən şikayət edib.

Bundan əlavə, kişinin evin yetkin qadın sakinlərinə də hücum etdiyi iddia edilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə