Vəkilin oğlu evdə işlətdikləri xadiməni öldürüb...

...Harınlamaq elə bilirsiniz təkcə bizdədir..?

Budur, “Yeni Moskvada” 16 yaşlı yeniyetmə evdə işlətdikləri xadiməni vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

SİA xəbər verir ki, paytaxt prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, azyaşlı 66 yaşlı qadına bıçaqla azı 23 zərbə vurub.

Cinayət ötən cümə günü, mayın 17-də Pervomayskoye kəndindəki evdə törədilib. Saxlanılan şəxs müstəntiqlərə hər şeyin münaqişə zamanı baş verdiyini deyib.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, hadisə ilə bağlı cinayət işi açılıb.

REN TV-nin məlumatına görə, hücum edən şəxs moskvalı vəkil Semyon Melnitskinin oğludur.

Nəşrin mənbəsinin sözlərinə görə, yeniyetmə vanna otağında xadiməyə hücum edib. Kanalın həmsöhbəti iddia edir ki, saxlanılan şəxs amneziyadan şikayət edib. (...indi o qədər bəhanə tapacaqlar ki...-A.B.) Bu günə qədər məhkəmə gənc barəsində həbs qətimkan tədbiri seçib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə