Bakıda “Gönülden Gönüle Kardeşlik Şarkıları” adlı konsert keçirilib - FOTOLAR
Azərbaycanla Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) arasında qardaşlıq bağları hər keçən gün daha da güclənir. Buna təkan verən isə bütün sahələrədə, o cümlədən mədəni sahədə əməkdaşlıqlardır. Elə mayın 16-da Bakıda keçirilən konserti də bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirmək olar. SİA xəbər verir ki, Bakıda “Gönülden Gönüle Kardeşlik Şarkıları” (“Könüldən könülə qardaşlıq nəğmələri”) adlı konsert Milli Konservatoriyanın salonunda baş tutub.
KKTC-nin Azərbaycandakı nümayəndəliyinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) birgə təşkilatçılığı ilə təşkil edilən konsertin qonağı Kıbrıs Bahar Esintileri Sanat Derneği Xoru olub.
Nərgiz Əliyevanın dirijorluğu ilə Buta İnstrumental Orkestrinin müşayiət ilə reallaşacaq konsertdə iki qardaş ölkənin sevilən nəğmələri səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB