"Bayer" klub tarixində ilkə imza atdı

"Bayer” futbol üzrə Almaniya çempionatının 34-cü turunun ev oyununda “Auqsburq”u 2:1 hesabı ilə məğlub edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bununla da, Leverkuzen klubu məğlubiyyətsizlik seriyasını 51 oyuna çatdıra bilib.

Bundesliqa təmsilçisi 34 matçda 28 qələbə və 6 dəfə heç-heçə ilə 90 xal qazanıb.

Bu nəticə ilə, klub tarixində ilk dəfə olaraq ölkə çempionatını məğlub olmadan qalib başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə