Avropa Rusiyanın rəqibləri üçün işləyir...

...İkinci Dünya Müharibəsi zamanı olduğu kimi

Avropa ölkələri bu günlərdə Böyük Vətən Müharibəsi illərində olduğu kimi yenə də Rusiyanın rəqibləri üçün çalışırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov Soçiyə işgüzar səfəri zamanı bildirib.

Təbii ki, söz meydanında varlığını göstərməyə çalışan Rusiya Qvardiyasının rəhbəri qələbənin onlarla olacağını da dilə gətirib.

Qeyd edək ki, bundan əvvəl Zolotov Rusiya Qvardiyasının Belqoroda hücuma görə qisas alacağını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə