Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Azərbaycan Premyer Liqasında XXXV turun növbəti oyunları keçirilib.

SİA xəbər verir ki, avrokuboklar uğrunda mübarizə aparan dörd komanda – “Sabah”, “Sumqayıt”, “Neftçi” və “Zirə” meydana çıxıblar.

“Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı 2:0, "Neftçi" “ASCO Arena”da "Səbail"i 3:0, "Zirə" isə Tovuzda “Kəpəz” 1:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra xallarını 56-ya çatdıran "Neftçi" 2-ci, "Zirə" 55 xalla 3-cü, eyni xala malik "Sabah" isə dördüncü pilləyə yüksəlib.

Qeyd edək ki, turun digər görüşü isə mayın 19-da “Qəbələ” və “Araz-Naxçıvan” komandaları arasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə