Almaniyada baş verən yanğında ölənlərdən birinin türk olduğu bildirilib

Almaniyanın Düsseldorf şəhərində dünən bir binada baş verən yanğında həyatını itirən 3 nəfərdən birinin 18 yaşlı Ada Abay adlı Türkiyə vətəndaşı olduğu öyrənilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, prokurorluqdan verilən açıqlamada bir binanın birinci mərtəbəsindəki bufetdə baş verən və 3 nəfərin ölümünə səbəb olan yanğın və partlayışda alovu sürətləndirmək üçün benzin töküldüyü müəyyən edilib. 16 nəfər yaralanıb.

Açıqlamada yanğında ölən 48 yaşlı köşk müdirinin cəsədinin tapıldığı bildirilsə də, ölənlərin milliyyəti barədə məlumat verilməyib.

Həyatını itirənlərin 18, 48 və 55 yaşlarında olduğu qeyd edilib.

Səlahiyyətlilərdən alınan məlumata görə, həyatını itirən 18 yaşlı gəncin Ada Abay adlı Türkiyə vətəndaşı olduğu öyrənilib.

İlkin məlumata görə, 18 və 55 yaşlı kişilərin tüstüdən zəhərlənərək öldüyü, yarılma nəticələrinə görə isə köşk müdirinin partlayışdan sonra öldüyü müəyyən edilib.

Mayın 16-na keçən gecə Düsseldorfda baş verən yanğında xəsarət alanların xəstəxanalarda və özəl klinikalarda müalicə aldığı, ağır yaralanan qadının isə həyati təhlükəsinin olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə