Göyərtəsində Amerika hərbçiləri olan təyyarə Kişinyova enib...

Deyilənə görə, “Sülh qalxanı” təlimini dəstəkləmək üçün..?

...Şimali Karolina Milli Hava Qvardiyasının C-17 təyyarəsi, “Sülh qalxanı” təliminə dəstək olaraq göyərtəsində Amerika hərbçiləri ilə Kişinyov hava limanına enib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri ABŞ-ın Moldovadakı səfirliyi yayıb.

Şimali Karolina Qvardiyasının və ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin 35 üzvü Moldova nazirlikləri ilə əməkdaşlıqda fövqəladə hallar zamanı bu ölkədəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri cavab taktikalarını tətbiq edəcək.

Bundan əlavə, təyyarə Amerika yardımı çərçivəsində Moldova Müdafiə Nazirliyinə veriləcək tibbi ləvazimatları çatdırıb.

...Birləşmiş Ştatlar demokratik, firavan və təhlükəsiz gələcək yaratmaq üçün Moldova hökuməti və xalqı ilə işləməkdən qürur duyur.

Bu, səfirliyin bəyanatında deyilir.

Xatırladaq ki, mayın 13-14-də Moldova və Amerika hərbçiləri “Swift Response” təlimi çərçivəsində birgə paraşütlə tullanmalar həyata keçirib.

Qonşu Rumıniyada isə mayın 13-də Fransa, Almaniya, Rumıniya, İspaniya, ABŞ və Hollandiyadan iki minə yaxın hərbçinin iştirak etdiyi iri paraşütçü təlimləri başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə