"Gəncləşən muğam" layihəsi Gəncədə

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Filarmoniyadan bildirilib ki, konsertdə layihənin rəhbərləri, Xalq artisti, professor Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, gənc xanəndələr Elsevər Muradov, Ülviyyə Sədaqət, Pərvaz İbrahimli, Fatimə Hüseynova, Elgiz Əliyev, Ayşən Mediyeva, Valid Abdullayev, Sədəf Budaqova, Xəyal Hüseynov, Xəyalə Qafarzadə, Günay İmamverdiyeva, Nurlan Namazov, Mirəli Sarızadə, Ülkər Abdullayeva çıxış ediblər.

Gecədə "Mənim Azərbaycanım", "Şuşanın dağları", "Küçələrə su səpmişəm", "Qal sənə qurban", "Axtararsınız", "Sarı Bülbül", "Xudayar təsnifi", "Qarabağ", "Yaşa mənim xalqım" mahnıları səsləndirilib.

İncəsənət ustaları möhtəşəm çıxışları ilə tamaşaçılara xoş ovqat yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə