Parlament Zurabişvilinin vetosunu ləğv edəcək..?

Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna veto qoymasını ləğv edə biləcək.?

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sputnik Gürcüstan” yazır.

Qeyd olunur ki, vetonu parlamentin sadə səs çoxluğu dəf edə bilər və bunun üçün əlavə oxunuş tələb olunur.

Zurabişvili mayın 18-də keçirdiyi brifinqdə deyib ki, o, parlamentin qəbul etdiyi “rusiyayönlü” “xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.

...Bu qanun öz mahiyyətinə və ruhuna görə rusdur. Bu, bizim konstitusiyamıza və bütün Avropa standartlarına ziddir. Buna görə də bizim Avropa yolumuza maneədir.

...Bu veto hüquqi baxımdan düzgündür və bu gün parlamentə təqdim olunacaq. Bu qanun heç bir dəyişikliyə və təkmilləşdirməyə məruz qalmır, ona görə də veto çox sadədir.

Gürcüstan prezidenti bildirib bunu.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. Sənəd 20 faizi xaricdən maliyyələşən qeyri-kommersiya təşkilatlarına və mediaya xarici agent statusunun verilməsini nəzərdə tutur. O, həmçinin hər il gəlirləri barədə hesabat vermələrini tələb edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə