E kodlu qida əlavələrinin insan sağlamlığına təsiri - QİDA EKSPERTİ

E kodlu qida əlavələrinin insan sağlamlığına təsiri - QİDA EKSPERTİ

"E kodlu məhsullar insan orqanizminə daxil olması, düşməsi məhdudlaşdırılan, tənzimlənən qida inqrediyentləridir. Onların standart miqdarı mövcuddur ki, bu, bütün dünyada bəlli bir məsələdir. İnsan orqanizminə bu normadan, miqdardan artıq daxil olduqda, orqanizmə mənfi təsir göstərmək xüsusiyyətinə malikdir". Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri doktoru, qida eksperti, UNEC-in dosenti Elsevər Fərzəliyev bildirib.

Onun sözlərinə görə, əlbəttə ki, istehlakçılar üçün o, olduqca böyük bir rol oynayır, böyük bir əhəmiyyət kəsb edir: "Belə ki, hər bir insan öz sağlamlığının mühafizəsi üçün, öz sağlamlığını qorumaq üçün E qrupuna daxil olan qida inqrediyentlərinin, qida əlavələrinin öz orqanizminə artıq miqdarda düşməsinə yol verməməlidir.

Qeyd edək ki, bu qida əlavələrinin, qida məhsullarının istehsalında istifadəsi mütləq və mütləq etiket üzərində göstərilməlidir. Belə ki, əgər normadan artıq miqdarda istifadə olunubsa, o qida məhsulları realizə edilmək üçün, yəni istehlak edilmək üçün məsləhət görülmür.

Siz təsəvvür edin, Nizami Gəncəvinin belə bir gözəl deyimi var: „İnci bir zəriflik varsa da, suda artıq içiləndə dərd verər“. Su da, hər bir qida inqrediyenti, yəni qida məhsulunu təşkil edən ayrı-ayrı komponentlərin inqrediyentləri insan orqanizminə normadan artıq miqdarda düşməsi yolverilməzdir. Bunu həkimlər də deyir, qida mühəndisləri də deyir, dietoloqlar da deyir. Yəni, təbii ki, bütün qida inqrediyentləri, o cümlədən də E qrup qida əlavələri, yəni tərkibində E qrup əlavələr olan qida məhsulları insan orqanizminə düşməsi yolverilməzdir, qəbul edilməzdir.

Birmənalı olaraq, bu haqda proseslərə, bu haqda hadisələrə AQTA tərəfindən nəzarət edilir. Qeyd edim ki, ölkədə istehsal edilən, ölkəyə gətirilən və yaxud ölkədən çıxarılan bütün qida məhsullarının təhlükəsizlik göstəriciləri, təhlükəsizlik sorumluluğu AQTA-nın səlahiyyətindədir.

Ona görə də bu məsələlərlə bağlı AQTA tərəfindən istehsal müəssisələrində tez-tez monitorinqlər aparılır, araşdırmalar qeyd edilir, aparılır, təhlillər aparılır və aşkarlananda ki, bu qida məhsulunun, hər hansı bir saylı qida məhsulunun tərkibində müəyyən E qrup qida inqrediyenti artıq miqdardadır, deməli, o qida məhsulunu mütləq tədavüldən çıxardırlar ki, onlar insan orqanizminə mənfi təsir göstərməsin.

Əsas məsələ budur ki, biz, hər bir vətəndaş, hər bir insan özü öz sağlamlığını qorumalı və bu baxımdan da E qrup əlavələrlə bağlı olan məsələlərə qətiyyətlə riayət etməlidir, o məsələləri araşdırmalı, təhlil etməli və özü üçün bir örnək qəbul etməlidir ki, mən bu məhsulla qidalanmamalıyam, tərkibində müəyyən E qrupu əlavəsi var.

Qeyd edim ki, bir çox qida əlavələrinin tərkibində toksikoloji xüsusiyyətlər mövcud olur. Onlar insan orqanizminə toksiki təsir göstərir, orqanizmin qida zəhərlənməsinə də gətirib çıxarır. Hətta artıq miqdarda C vitamini belə insan orqanizminə mənfi təsir edir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə