Gecə saatlarında əyləncə məkanlarının səs-küy yaratması ilə bağlı sakinlərin hansı hüquqları var? - VƏKİL AÇIQLADI

Gecə saatlarında əyləncə məkanlarının səs-küy yaratması ilə bağlı sakinlərin hansı hüquqları var? - VƏKİL AÇIQLADI

"İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır".

Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı, saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə işlətməyə, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək, vəzifəli şəxslər isə iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir:

"Bu maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır.

Hadisə hansı rayon ərazisində baş veribsə, vətəndaş həmin rayonun ərazisində yerləşən polis idarəsinə rəsmi şikayət ünvanlamaqla və DİN-in qaynar xətti olan 102 xidmətinə zəng edərək bu barədə məlumat verə bilər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə