Həyatınızı dəyişdirəcək aforizmlər.
Ən çox hansı mövzuyla bağlı motivasiyaya ehtiyac duyuruq? Və ya sualı belə qoymaq lazımdır niyə motivasiyaya ehtiyac duyuruq ?
Bizlərin həyatımızda xoş günləri olduğu kimi çətin keçən zamanlar da var. Bu çətinliklər iş, ev, dərs və duyğusal mənada olur. Hərkəsin çətinlikləri fərqli olsa da bir nöqtə var ki, hərşey orda birləşir.
O nöqtə həmişə olduğu kimi “Duyğusal boşluqdur”.
Bu boşluğun yaranma səbəbi uşaqlıq travmaları, ailə içərisində şiddət və ya gərginlik, iş şəraitindəki stress, imtahan verərkən gələn qorxu hissi və s. bunların hamısını şamil etmək olar.
Bəzi insanlar motivasiya sözünü eşidəndə çox vaxt bu cümlələri işlədir: “Motivasiya edəcək nə sözə nə də birinə ehtiyac duyuram, elə sözlər yalandır və onları oxumaq vaxt itkisidir”.
Bu cür ifadələri deyən şəxslər özündə duyğusal boşluğu görmür və qəbul etmir. Əlbəttə ki, insan daim özünü güclü olaraq yaratmalı və hər işin öhdəsindən gəlməyə cəhd göstərməlidir. Lakin gözdən qaçırdığımız şey məcburiyyət hissinin necə formalaşdığıdır. Bu hiss insanın özünü zəif göstərə və ya necə qəbul etdiyimizdən asılı olaraq bizi yüksəldə bilər.
İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır.( Heydər Əliyev)
Zəfər, zəfər mənimdir deyənin, uğur isə “qazanacam “deyə başlayıb ən sonunda “Qazandım” deyənindir. (Mustafa Kemal Atatürk)
Bəli bu cümlələr bir çox sirrli qapıları açır, bəs sən nə zaman uğur qapılarını açacaqsan?
Doğru anda eşidilən doğru söz, həyata baxışınızı tamamilə dəyişə bilər. Bu başlıq altında şəxsi inkişaf kitablarında tez-tez adı çəkilən insanların sözlərini topladıq.
1) Yalnız uğurlu insan deyil, dəyərli insan olmağa çalışın. (Albert Eynşteyn)
2) Hər gün özünü yeniləyirsən. Bəzən uğur qazanır, bəzən bacarmırsan, amma önəmli olan göstəricidir. (Satya Nadella)
3) Uğura aparan lift işləmir. Gözləməklə vaxt itirməyin, pilləkənləri addım-addım qalxmağa başlayın. (Joe Girard)
4) Ağrı səni dəyişə bilər, amma bu dəyişikliyin pis olduğunu düşünmək lazım deyil. Ağrını götür və onu hikmətə çevir. (Dalay Lama)
5) “ Risklər insanın ölçüsüdür. Risk etməyən insanlar sahib olduqlarını qorumağa çalışırlar. Risk edənlər isə daha çox şeyə sahib olurlar”. (Paul Arden)
6) “Həyat özünü tapmaqdan ibarət deyil; Bu, özünü yaratmaqla bağlıdır”. (George Bernard Shaw)
7) İnsanın həyatda güclü olması deyil, özünü güclü hiss etməsi önəmlidir. ( İnto the wild filmindən)
8) Əgər gözləsəniz, yalnız sizə gələni alacaqsınız; Amma getsəniz, istədiyiniz hər şeyi Tayfun Topaloğlu
9) Başlamaq üçün mükəmməl olmaq lazım deyil, amma böyük olmaq üçün əvvəlcə başlamaq lazımdır. (Ziq Ziqlar)
10) "Müvəffəqiyyət son deyil, uğursuzluq ölümcül deyil: vacib olan irəliləməyə cəsarət etməkdir." -Winston S. Churchill
11) Zəfər, zəfər mənimdir deyənin, uğur isə “qazanacam “deyə başlayıb ən sonunda “Qazandım” deyənindir. (Mustafa Kemal Atatürk)
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB