Sarayevoda Türk Filmləri Həftəsi başladı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Türk Filmləri Həftəsi öz qapılarını kinosevərlərin üzünə açıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, tədbir çərçivəsində türk kinosunun inciləri nümayiş olunacaq.
Türk filmləri həftəsi I Dünya Müharibəsində Sarıqamış cəbhəsindəki əsgərlərə sursat daşımaq üçün Vandan yola düşən tələbələrin hekayəsini izah edən "120" filmi ilə başlayıb.
Festivalda Türkiye Radio Televiziya Qurumunun (TRT) istesalı olan cizgi filmləri də nümayiş olunacaq.
Sarayevodakı tamaşaçılar tədbirə böyük maraq göstərib.
11-ci Türk Filmləri Həftəsi 4 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə