Bosniya Herseqovinanın paytaxtı Sarayevoda XI Türkiyə Filmləri Həftəsi başlayır.
Sarayevo Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilən Türkiyə Filmləri Həftəsi 21-24 dekabr tarixlərində Novi Qraddakı Sarayevo kinoteatrında keçiriləcək.
SİA-nın əldə etdiyi məlumata görə, 21 dekabr cümə axşamı yerli saatla 20.00-da ekranlara "120" filmi çıxacaq.
22 dekabr cümə günü “Çanaqqala - yolun sonu” filmi nümayiş olunacaq.
23 dekabr şənbə günü kiçik yaşlı tamaşaçılar “Rafadan tayfanın dəhliz macərası”, böyüklər isə “Bir zamanlar Anadoluda” filmini izləyəcəklər.
24 dekabr bazar günü “Bizim üçün çempion”, “Aslan Hürkuş: vəzifəmiz Gökbəy” cizgi filmləri nümayiş olunacaq.
Bosna Hesoqovina vətəndaşları Novi Qrad Sarayevo Bələdiyyəsi və Yunus Əmrə İnstitutundan biletləri pulsuz əldə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB