“Ağdam rayonunda 13 tamamilə dağıdılmış abidə var”

“Ağdam rayonunda 11 dövlət qeydiyyatında olan, 2 yeni aşkar edilən tamamilə dağıdılmış abidə var”. SİA xəbər verir ki, bu sözləri “Mədəni irs” forumunun panel müzakirələri zamanı Azərbaycan Respublikası Mədəniyyət nazirliyi yanında Mədəni irsin qorunması, bərpası və inkişafı dövlət xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

O bildirib ki, Ağdam rayonunda 38 qismən dağıdılmış və ya qəzalı abidələr var: “Onlardan 18-i dövlət qeydiyyatında, 20-i isə yeni aşkar edilmiş abidədir. Abidələrin qorunması bütün vətəndaşların ən əsas vəzifələrindən birinə çevrilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə