TRT Beynəlxalq Sənədli Film Mükafatları mərasimi başa çatdı
Türkiyə Radio və Televiziya Qurumunun (TRT) bu il 14-cü dəfə təşkil etdiyi "TRT Beynəlxalq Sənədli Film Mükafatları" İstanbulda keçirilən mükafatlandırma mərasimi ilə başa çatıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Təxminən 100 ölkədən 1000-ə yaxın layihənin müraciət etdiyi 14-cü TRT Beynəlxalq Sənədli Film Mükafatlarında “Beynəlxalq'' kateqoriya”, “Milli peşəkarlıq'' kateqoriyası, “Milli tələbə filmləri'' kateqoriyası və “Layihə dəstəyi'' kateqoriyası olmaqla 4 kateqoriyada 32 finalçı mükafat uğrunda mübarizə aparıb.
Mükafat mərasimində “The Lens of the Democracy” sənədli filmi ''Beynəlxalq'' kateqoriya üzrə ''Ən yaxşı film'' mükafatına layiq görülüb, “Giselou” ikinci, “A Golden Life” filmi isə üçüncü seçilib.
''Milli peşəkar'' kateqoriyasında "Flanöz" adlı film ''Ən yaxşı film'' mükafatına, "Bilge Ana Mevlüde Gənc" Mədəniyyət və Turizm Nazirliyinin ''Xüsusi'' mükafatına, "Kavur" filmi də münsiflər heyətinin ''Xüsusi'' mükafatına layiq görülüb.
''Milli tələbə filmləri'' kateqoriyasında “Gökyüzüne Bak” ''Ən yaxşı film'' mükafatına layiq görülüb. “Ekmek Teknesi” İkinci, “İyi Geceler Dede. Seni Seviyorum'' filmi də üçüncü seçilib. ''Layihə dəstəyi'' kateqoriyasında isə "Boşluk", "Senin de Bir Mürüvvetini Görsek" və "Tuzdan Hayaller" sənədli filmləri mükafatlandırılıb.
Mərasimdə çıxış edən TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı tədbirin “Köklü İzlər, Güclü Hikayələr” devizi ilə təşkil edildiyini və Türkiyenin ən nüfuzlu sənədli film festivalı olduğunu bildirib.
Türkiyədə sənədli film tarixini və macərasını TRT-dən müstəqil nəzərdən keçirməyin mümkün olmadığına diqqət çəkən Mehmet Zahid Sobacı TRT Sənədli Film Mükafatlarının dünyanın müxtəlif yerlərindən sənədli filmləri bir araya gətirən nüfuzlu tədbir olduğunu bildirib.
Sənədli filmlərin fərqləndirici cəhətlərindən birinin fundamental qlobal problemləri müəyyən etmək, bu problemlərin həllinə işıq salmaq, bütün reallıqları ilə ədalətsizlikləri ortaya çıxarmaq olduğunu bildirən Mehmet Zahid Sobacı deyib:
"Bildiyiniz kimi, İsrail oktyabrın 7-dən Qəzzada soyqırım törədir. Biz Qərb dövlətlərinin media orqanlarının necə ''üç meymunu'' oynadığının şahidi oluruq. İsrailin törətdiyi cinayətlərə ən böyük reaksiyanı 8 milyard insanın hüquqlarını müdafiə edən Türkiye verir. Dövlətimiz məzlumun yanında olaraq bütün dünyaya ədalət və insaf dərsi verir. Biz də Türkiyənin ictimai yayımçı orqanı olaraq kimin qatil, kimin qurban olduğunu verilişlərimiz və layihələrimizlə dilə gətiririk''.
Tədbirdə Qəzza ilə bağlı xüsusi başlıqlara da yer verdikləri barədə məlumat verən Mehmet Zahid Sobacı festivalda əməyi olan bütün sənədli filmçilərə, münsiflər heyəti üzvlərinə və komanda yoldaşlarına təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bazar nikbinlik üçün səbəb tapdı...
İqtisadiyyat 18:52Qarabağ, Naxçıvan və Xəzərdə təlim keçiriləcək...
Siyasət 18:14Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
Sosial 17:55Rusiya Ermənistana xəbərdarlıq edib
Dünya 17:43YAP Astara rayon təşkilatının XII konfransı keçirilib
Siyasət 17:36Qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb
Siyasət 17:30Bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Dünya 17:21Yevlaxda iki yük maşını toqquşub
Hadisə 17:17Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
Siyasət 15:30Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib
Siyasət 15:27Sabitlik artıq dəbdən düşüb - TƏHLİL
Siyasət 14:27Sabah rayonlarda arabir yağış yağacaq
Sosial 13:52Yaxın Şərq: Daşlar necə düzüləcək? - TƏHLİL
Siyasət 13:41Şəhərin səhər kabusu avtobus gözləyənlərin bitməyən mübarizəsinə çevrilib -KÖŞƏ
Köşə yazıları 12:48Tramp Putinə razılaşma təklif edəcəkmi?
Dünya 12:14İran neft tankerinə hücum etdi
Dünya 12:04İran ABŞ ilə birbaşa əlaqə qurdu - Tramp
Dünya 12:01Rusiya seçkilər necə başlayıb?
Dünya 11:58Terrorçuluğa qarşı mübarizə tədbirləri davam etdirilir
Siyasət 11:33Payızda dəriyə qulluq necə edilməlidir?
Səhiyyə 11:20Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb
İqtisadiyyat 10:49Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib
Siyasət 10:33Azərbaycan nefti 121 dollara satılıb
İqtisadiyyat 10:10Azərbaycanin dəyişməz mövqeyi: Birlik, həmrəylik və sülh
Siyasət 09:56Dünya bazarında neftin qiyməti 104 dollardan aşağı düşüb
İqtisadiyyat 08:27Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
Hadisə 08:07Bu il Azərbaycanda 363 min ton həcmində karbamid istehsal olunub
İqtisadiyyat 04:06Ağdamda toyda dava düşüb
Hadisə 03:05Robert Fitso bu gün Kiyevə gedir
Dünya 02:03Avropa Liqasında gecənin NƏTİCƏLƏRİ - YENİLƏNİB
İdman 01:21Gürcüstanda DTX-nin yeni rəhbəri açıqlandı
Dünya 01:02"Hökumətin əsas hədəfi milli iqtisadiyyatın mürəkkəbliyinin artırılmasıdır"
İqtisadiyyat 00:02İrlandiya İsrailə görə "Avroviziya"dan imtina etdi
Mədəniyyət 17 Sentyabr 23:18Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



