“Nurəngiz Günün bizi tərk etdiyi gündən artıq 9 il ötür” - DEPUTAT
“Bu gün Nurəngiz Günün bizi tərk etdiyi gündən artıq 9 il ötür. Nurəngiz Günün 85 illik yubileyi respublikada müxtəlif səviyyələrdə keçirilib. Bu gün isə Yazıçılar Birliyinin təşkilatçılığı ilə onun haqqındakı nəşrlərin təqdimatı keçirilir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Deputat bildirib ki, nəşrlər Nurəngiz xanımın həyat və yaradıcılığını, bitməz-tükənməz əsərlərindən doğan reaksiyanı əks etdirir: “Bu nəşrlərin hər birində Nurəngiz xanımın həyat və yaradıcılığının bütün səhifələri öz əksini tapıb.
Xüsusilə nəşrlər içərisində filologiya və texnika elmləri doktoru Elçin İsgəndərzadənin onun haqqında qələmə aldığı “Günəşin elçisi” essi monoqrafiyası qeyd olunmalıdır. Bu monoqrafiya həm elmi, həm də ədəbi janr baxımından çox mühüm yerdə dayanır. Bu gün həmin kitabın təqdimatı baş tutacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB