“Mədəniyyət abidələri məmurların laqeydliyi ucbatından dağıntılara məruz qalır” - ŞƏRH EDİLDİ
“Bu gün baş tutan “Mədəni irs” forumu Mədəniyyət Nazirliyinin həyata keçirdiyi forumlar silsiləsinə daxildir. Düşünürəm ki, Azərbaycan mədəniyyətinin inkişafında və bütövlükdə cəmiyyətdə xalqın mədəni tarixinə olan marağın artırılması baxımından bu forumlar mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Deputat bildirib ki, “Mədəni irs” forumunda bir çox istiqamətlərdə müzakirələrin aparılacağı gözlənilir: “Bu sahədə olan problemlərimiz, qazandığımız uğurlar ətrafında bir neçə istiqamətdə panel müzakirələri aparılacaq. Bu müzakirələr zamanı isə tanınmış, işinin peşəkarı olan mütəxəssislər tərəfindən çıxışlar olacaq. Bu isə forumun əhəmiyyətini daha da artırır.
Daşınan və daşınmaz mədəniyyət abidələri məhz məmurların laqeydliyi ucbatından dağıntılara məruz qalır. Eyni zamanda bəzən cəmiyyət də bu abidələrdən mənəvi inkişafı üçün istifadə edə bilmir. Bu baxımdan düşünürəm ki, forumun müsbət nəticələrini yaxın zamanda görəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB