Azərbaycanda teatra marağın olmamasının səbəbləri BƏLLİ OLDU - FİKİRLƏR

Azərbaycanda teatr sənətinə maraq hansı səviyyədədir? İnsanların bu sahəyə olan marağını artırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı SİA-ya danışan Gəncə Dram Teatrının baş rejissoru İradə Gözəlova bildirib ki, Azərbaycanda teatra maraq orta səviyyədədir: “Marağı artırmaq üçün teatrlarda PR kampaniyası güclü olmalıdır. Bu məsələ bir çox teatrların zəif nöqtəsidir. Teatra hazırlanan hər bir məhsulun öz alıcısı var, zövqlər müxtəlifdir. Məncə biz artıq o mərhələyə çatmışıq ki, teatra romantik yanaşma, “Teatr məbəddir” yaxud “Teatr qurban tələb edir” kimi deyimlər artıq geridə qalıb. Teatr strukturu professional şəkildə işləməlidir və qazanclar əldə etməlidir, teatrda professionallar çalışmalıdır”.

Naxçıvan MR C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrının direktoru Rza Xudiyevin sözlərinə görə insanları sənətdən daha çox problemləri, maddi rifahları düşündürür: “Mənə elə gəlir ki, əgər insanların maddi rifahları yerində olarsa tamaşa haqqında, film haqqında düşünməyə vaxtları olacaq. Amma hər bir insan öz maddiyatını daha çox düşünür”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə