"Azərbaycanda tolerantlıq əsrlərlə qorunub" - MÜNASİBƏT BİLDİRİLDİ
Tolerantlığın dövlətlər üçün mahiyyəti nədən ibarətdir? Tolerantlıq-dini dözümlülükdür. Bura inanc və əqidələrə hörmətlə yanaşmaq daxildir. Bəs dövlətlərdə tolerantlıq hansı mühüm əhəmiyyət kəsb edir?
"Dövlətlərdə, xalqlar arasında tolerantlığın mövcudluğu onların uzun, stabil, sabit yaşamasını şərtləndirən əsas amildir. Tolerantlığın olmaması isə gərginliyi yaradan əsas səbəblərdəndir". Bu sözləri SİA-ya açıqlamasında
siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Siyasi şərhçi qeyd edir ki: "Tolerantlıq bir dövlətin, cəmiyyətin, xalqın dünyaya müsbət obrazda təqdimatı, həmin dövlətin gələcək inkişafında regional, dünya səviyyəsində tanınmasında, gücünün formalaşmasında mühüm rol oynayır. Dünyanın əksər dövlətlərində çoxsaylı xalqlar yaşayırlar ki, onlar müxtəlif dinlərə, dillərə, adət-ənənələrə mənsubdurlar".
Şərhçi əlavə edir ki: "Hər-hansı bir dövlət öz toplumunda tolerant mühit yaradarsa, bu xalqlar bir-birinə qarşı dözümlü münasibət göstərərlərsə bu həmin dövlətdə bir ahəng yaradır. Bu isə həmin dövlətin gücünün göstəricisidir. Buraya bir-birinin adət-ənənəsinə, yaşayış tərzinə, mədəniyyətinə hörmətlə yanaşmaq daxildir".
M.Göyüşlü tolerantlığın olmamasının dövlətlərə hansı mənfi təsir bağışlayacağından söz açıb: "Qarşılıqlı olaraq aqressiya, müxtəlif münaqişəli vəziyyətlərin yaranması kimi hadisələr baş verərsə, bu dövlət təməllərinin əsaslarını sarsıda bilər. Xalqlar arasında etnik, dini, siyasi, mədəniyyətlərlə bağlı fərqlərdən yaranan münaqişələrin şahidi oluruq. Bu kimi məsələlər dünyanı narahat hala gətirib çıxarır. Bu hallar isə tolerantlığın olmamasının nəticəsidir".
Müsahib tolerantlığın Azərbaycanda necə xarakter daşımasından danışıb: "Azərbaycanda bu məsələlər yüksək səviyyədə tənzimlənir. Ölkəmiz bu məsələlərdə dünyaya nümunə olacaq ölkələrdəndir. Bizdə multikulturalizm rəsmi səviyyədə həm təbliğ olunur, həm qorunur. Bizdə tolerantlıq əsrlərlə qorunub-saxlanılıb, sadəcə multikulturalizm yeni termindir ki, dilimizə daxil olub".
Çinarə Muradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB