“Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilir - YENİLƏNİR

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək Azərbaycanda yaradıcı sənayelər həftəsi (“Yaradıcı Həftə”) keçiriləcək. SİA xəbər verir ki, konfransda Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov və Fərəh Ələkbərli (YARAT) iştirak edir.

Qeyd edək ki, yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar həyata keçirilir. Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının, bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə