Noyabrın 19-da NATO-nun mənzil-qərargahında xeyriyyə (charity bazaar) tədbiri keçirilir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycanın NATO yanında nümayəndəliyi tədbirdə fəal iştirak edir. Azərbaycana aid stendlərdə ölkəmizin istehsalı olan müxtəlif məhsullar və mətbəximizə məxsus təamlar təqdim olunur.
Azərbaycan stendləri “Savalan” şirkətinin sponsor dəstəyi sayəsində ərsəyə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə