Azərbaycan Bioloji müxtəlifliyin Qorunması Komitəsinə üzv seçilib

UNESCO Baş Konfransı çərçivəsində qurumun Bioloji müxtəlifliyin Qorunması Komitəsinə seçkilər keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan bu Komitəyə üzv seçilib.

Komitə üzvlüyünə 5 ölkənin- Azərbaycan, Rumıniya, Bolqarıstan, Rusiya və Ukraynanın namizədliyi verilib. Azərbaycan 110 səslə Komitəyə 4 il müddətinə (2023-2027-ci illər) üzv seçilib.

Bioloji müxtəlifliyin Qorunması Komitəsinə üzv olması Azərbaycanın bu sahədə qlobal öhdəliklərinin yerinə yetirilməsində dəstək olacaq. Eyni zamanda, artıq mövcud yaradılması nəzərdə tutulan nominasıya dosyelərinin komitədə qəbul edilməsi və onların idarə olunmasına, eləcə də digər qonşu dövlətlərlə birgə layihələrinin hazırlanması və işlənməsinə öz töhfəsini verəcək.

Həmçinin, ölkəmizdəki ali məktəblər vasitəsilə bilik və bacarıqların artırılmasına, eləcə də gələcəkdə Azərbaycanın UNESCO ilə əməkdaşlığına müsbət təsir göstərəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə