“Azərbaycan-Türkiyə əməkdaşlığı digər türk dövlətləri üçün örnəkdir” - MÜNASİBƏT BİLDİRİLDİ
“Keçdiyimiz gün Ankarada Azərbaycan və Türkiyə respublikalarının mədəniyyət nazirləri arasında görüş keçirildi və əməkdaşlıq barədə saziş imzalandı. Azərbaycanla Türkiyə arasındakı münasibətlər müxtəlif sahələrdə təzahür edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Deputat bildirib ki, dil, ədəbiyyat, incəsənət və s. kimi bir çox mədəniyyət sahələrinin qarşılıqlı əməkdaşlıq çərçivəsində inkişafı baxımından çox işlər görülüb: “İmzalanan saziş isə daha çox işlərin görülməli olduğunu göstərir. Bu hər iki xalqın mədəniyyətinin inkişafı üçün lazımdır.
Doğrudur, bu xalqlar arasında müəyyən fərqlər yaranıb, differensasiya prosesi gedib. Uzun bir müddət ərzində gediş-gəliş tamamilə kəsilib. Buna görə də həmin illərdə itirilənlərin indi daha sürətli bərpası lazımdır ki, bu da sazişdə əks olunub.
Qarşılıqlı əlaqələr zamanı şəxsi təşəbbüslərə geniş yer vermək lazımdır. Eyni zamanda müxtəlif sahələr üzrə Azərbaycan-Türkiyə əməkdaşlığı digər türk dövlətləri üçün də bir örnəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB