Bakıdakı Rus evinin Ədəbi klubu çərçivəsində Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü, şair-nəğməkar Ələddin Yaqubovun ustad dərsi keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, ustad dərsində şair müxtəlif mövzularda yazdığı əsərlərindən danışıb, şeir yazmaq sənətinin əsas prinsiplərini izah edib. Ələddin Yaqubovun gitaranın müşayiəti ilə ifa etdiyi müəllif mahnıları qonaqlarda xoş təsir oyadıb.
Tədbirdə klubun üzvləri, şairin dostları və həmkarları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB