Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının bağlanış mərasimi keçirilib - FOTOLAR

Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib. SİA xəbər verir ki, xəbər verir ki, festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşib.

Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev Şuşa şəhərinin hər bir türkün mənəvi dayağı olduğunu bildirib: "Azərbaycan Türk dünyasının ayrılmaz hissəsidir. Yaşasın Azərbaycan, yaşasın teatr, yaşasın incəsənət!"

Sonra qaliblərə mükafatlar təqdim olunub.

Ən yaxşı musiqi tərtibatı: “Bir nəfəs Dədə Qorqud” tamaşası, İstanbul Dövlət Teatrı, Türkiyə

Ən yaxşı aktrisa; Məsmə Aslanqızı, “Qarabağnamə” tamaşası, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan

Ən yaxşı aktrisa; Gülnabat Abdullayeva, “Sevgi və iztirab” tamaşası, Maxtumkuli adına Türkmənistan Dövlət Musiqili Dram Teatrı - Türkmənistan

Ən yaxşı tamaşa: “Günəşə toxunan uşaq” tamaşası, Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı – Qırğızıstan

Ən yaxşı tamaşa: “Leyli və Məcnun” tamaşası, Səmərqənd Musiqili Dram Teatrı - Özbəkistan

Tamaşanın ən yaxşı plastik həlli: “Qorqud əfsanəsi” tamaşası, Türküstan Musiqili Dram Teatrı - Qazaxıstan

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə