"Bu, olduqca möhtəşəm bir festivaldır" - BAŞ KATİB BİLDİRİB

"Beynəlxalq Teatr Festivalı türkdilli ölkələrin teatrının inteqrasiyası üçün çox önəmlidir"
"Bu, olduqca möhtəşəm bir festivaldır" - BAŞ KATİB BİLDİRİB

"TÜRKSOY Beynəlxalq Teatr Festivalı Türk dünyasında ilk dəfə keçirilir. Bu festivala Azərbaycan ev sahibliyi edir. Bu, olduqca möhtəşəm bir festivaldır". SİA xəbər verir ki, bu sözləri TÜRKSOY-un Baş katibi Sultan Raev noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, TÜRKSOY Beynəlxalq Teatr Festivalı türkdilli ölkələrin teatrlarının inteqrasiyası üçün çox önəmlidir. “Bu günə qədər Türk dünyasında teatr platforması yox idi. Ona görə sözügedən festival türkdilli ölkələrin teatrlarının bir-birinə inteqrasiyasına mühüm töhfə verəcək”, - deyə Sultan Raev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə