“Festival növbəti dəfə Türkmənistanda keçiriləcək” - BAŞ KATİB

“Bu gün TÜRKSOY-un tarixində mühüm hadisədir. Çünki ilk dəfə olaraq I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir. Bu festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir və əsas məqsədi türk xalqlarının teatrlarının bir nöqtədə birləşdirməkdən ibarətdir”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı TÜRKSOY-un Baş katibi Sultan Raevdən deyib.

S.Raevdən bildirib ki, festival Bakıda baş tutur və 6 ölkənin teatr nümayəndələri burada iştirak edirlər. Qeyd edək ki, münsiflər heyətində çoxlu türk xalqları mədəniyyəti üçün vacib, tanınmış simalar var.

Qeyd edim ki, festivalın növbəti dəfə Türkmənistanda keçirilməsi nəzərdə tutulub”.

Bütün xəbərlər Facebook səhifəmizdə