Musiqi Forumu panel müzakirələrlə işini davam etdirir - YENİLƏNİR

29-31 oktyabr tarixlərini əhatə edən və Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumunun bu gün sonuncu günü, bağlanış mərasimi baş tutur. SİA xəbər verir ki, forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.

Bu gün baş tutacaq V panel müzakirələrində Azərbaycan musiqi elminin inkişaf istiqamətləri: strategiya və taktika, mədəniyətlərarası dialoq konteksində Azərbaycan musiqişünaslığının rolu, Azərbaycanda musiqi tənqidi və jurnalistikası: mövcud problemlər və onların çözülməsi yolları, müasir dövrdə musiqi sosiologiyası mövzuları üzrə müzakirələr aparılacaq.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə