"Biz çalışırıq ki, Azərbaycan musiqisini dünyaya çatdıraq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Mədəniyyətə aid olan forumlar silsilənə aid olan Musiqi Forumu əhəmiyyətli və böyükmiqyaslı tədbirdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin son zamanlar çox ciddi şəkildə dil, ədəbiyyat, incəsənətin müxtəlif sahələrinə aid forumlar keçirməsi və bu forumların Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunması mədəniyyətimizin tarixində mühüm hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.
Deputat qeyd edib ki, forumda ilk növbədə Azərbaycan musiqisinin vəziyyəti müzakirə olundu: “Eyni zamanda müzakirələr nəticəsində gələcək perspektivlər müəyyənləşdirildi. Hər zaman tarixlə müasirlik incəsənətdə birgə addımlayıb. Buna görə də bu sahədə görülən işlər, aparılan müzakirələr həm keçmiş, həm də gələcək perspektivlər müzakirə obyektinə çevrilir.
Tarix heç bir zaman Azərbaycanın incəsənət baxımından korluq çəkdiyini görməyib. Hər zaman ölkəmizdə incəsənətin müxtəlif sahələri yüksək səviyyədə inkişaf edib. Azərbaycan həm də Şərqlə Qərb arasında bir körpüdür. Biz Şərq mədəniyyətini qorumaq şərtilə Qərb mədəniyyətini də öyrənmişik. Bu mənada Qərb-Şərq mədəniyyəti də müzakirələrdə əhəmiyyətli yer tuturdu. Biz çalışırıq ki, Azərbaycan musiqisini dünyaya çatdıraq və dünya musiqi də ölkəmizdə yayılsın. Bu baxımdan düşünürəm ki, keçirilən forumlar mədəniyyətin inkişafı baxımından böyük əhəmiyyətə malikdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB