"Musiqinin cəmiyyətə təsiri hər zaman özünü ən yüksək səviyyədə göstərib" - NAZİR BİLDİRDİ

"Musiqinin cəmiyyətə təsiri hər zaman özünü ən yüksək səviyyədə göstərib. Bu mənada Ulu Öndər Heydər Əliyevin də musiqi sahəsinə qayğısını qeyd etməliyik". SİA xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda deyib.

"Mədəniyyət milli kimliyi ehtiva edən əsas keyfiyyətlərdən biridir. Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə bu gün musiqi sahəsində çalışan əməkdaşların sosial durumunun yaxşılaşdırılması, onlara digər qayğı məsələləri öz həllini tapmaqdadır. Biz də Mədəniyyət Nazirliyi olaraq, qarşımıza qoyulan tapşırıqları yerinə yetirməkdəyik",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə