...Proletar yazıçı Maksim Qorkinin nəvəsi aktrisa Daria Peşkova 97 yaşında vəfat edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Yevgeni Vaxtanqov Teatrının mətbuat xidməti yazır.
“O, son günlərinə qədər əsl teatr qurucusu olaraq qaldı: hörmətli və ehtiramlı ”, - deyə mətbuat xidməti qeyd edib.
Daria Maksimovna Peşkova 1927-ci il oktyabrın 12-də Neapolda anadan olub. SSRİ-yə qayıtdıqdan sonra o, Moskvadakı 25 nömrəli, daha sonra hökumət üzvlərinin övladlarının oxuduğu 175 nömrəli məktəbdə oxuyub.
1949-cu ildə Boris Şukin adına Teatr Məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Vaxtanqov Teatrının truppasına qəbul olunaraq, 75 ilə yaxın orada xidmət etdi və 50-yə yaxın rol oynayıb.
Qeyd edək ki, o, Maksim Qorkinin yaradıcılığına həsr olunmuş konfranslarda fəal iştirak edir, ailəsinin taleyindən danışırdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB