Gənc Tamaşaçılar Teatrında Ümummilli Liderin 100 illiyinə həsr olunan tədbir keçirilib - FOTOLAR
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın və Bakı Xoroeqrafiya Akademiyasının birgə layihəsi olan "El bilir ki, sən mənimsən" adlı tədbir keçirilib. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra teatrın aktyorları Xalq şairi Səməd Vurğunun "Azərbaycan" poemasından, eləcə də Heydər Əliyevə həsr olunmuş şeirlərdən parçalar səsləndiriblər. Bundan əlavə Bakı Xoroeqrafiya Akademiyasının tələbələri tərəfindən "Küçələrə su səpmişəm", "Alagöz", "Yeddi gözəl", "Ay Laçın", "Azərbaycan" mahnılarının sədaları altında rəqslər təqdim edilib.
Qeyd edək ki, rejissoru Əməkdar artist Nicat Kazımov olan tədbirdə teatrın 55 aktyoru, Bakı Xoreqrafiya məktəbinin isə 80-ə yaxın tələbəsi iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB